Kreml G7-ni “BRİKS”-lə hədələdi: “Yaxın iki-üç il ərzində...”
Bizi izləyin

Dünya

Kreml G7-ni “BRİKS”-lə hədələdi: “Yaxın iki-üç il ərzində...”

Rusiya Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsinin başçısı Aleksey Puşkov ölkəsinin Almaniyada keçirilən G7 (“Böyük yeddilik”) sammitinə dəvət olunmamasına “BRİKS”-lə cavab verib.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, komitə rəhbəri “BRİKS”-ə daxil olan ölkələrin ümumi daxili məhsulun həcminə görə yaxın 2-3 il ərzində G7-ni keçəcəyini bildirib.

“2014-cü ildə dünya üzrə ümumi daxili məhsulun həcmində “BRİKS”-in payı 30 faiz olub. Bu “Böyük yeddilik” ölkələrin ümumi daxili məhsulun həcmindən 7-8 faiz azdır. “BRİKS” ölkələrinin ümumi daxili məhsulu Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 32,5 trilyon dollar təşkil edir, "Böyük yeddilik”də isə bu 34,7 trilyon dollardır”, - Aleksey Puşkov deyib.

Onun sözlərinə görə, “BRİKS” ölkələrində iqtisadi artım tempi “Böyük yeddilik” ölkələrindən daha yüksəkdir: “Bu isə yaxın iki-üç il ərzində “BRİKS”-in “Böyük yeddilik” ölkələrini üstələyəcəyi anlamına gəlir”.

Qeyd edək ki, “BRİKS” iqtisadi təşkilatına Rusiya, Çin, Braziliya, Hindistan və Cənubi Afrika Respublikası daxildir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm