“Putin Krımdan çıxmağın yollarını axtarır”
Bizi izləyin

Dünya

“Putin Krımdan çıxmağın yollarını axtarır”

“Mən tamamilə əminəm ki, Putin və onun yaxın ətrafı Krım üzrə ən amansız danışıqlara hazırlaşırlar”.

Publika.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Refat Çubarov Ukrayna mediasına müsahibəsində deyib.

“Krım onun özü üçün aşkar təhlükədir. Məsələn, saray çevrilişi və ya əhalinin kütləvi etirazları. Bu baxımdan da onlar yarımadadan gedişi istisna etmirlər. Amma bunu elə etməyə çalışırlar ki, bu onların məğlubiyyəti kimi görünməsin”, - siyasətçi hesab edir.

Çubarov həmçinin bildirib ki, hazırda Krım müasir raket silahları ilə tələsik şəkildə doldurulur: “Krımda yerləşdirilən raket kompleksləri Türkiyə, Rumıniya, Bolqarıstan, bir sözlə NATO-nun praktik olaraq bütün cənub cinahını zərbə altına qoyur. Mən silahlanma sahəsində mütəxəssis deyiləm, amma hərbi ekspertlər bildirirlər ki, Rusiya bu gün öz silahı ilə adıçəkilən ölkələrə real təhlükə yaradır”.

Refat Çubarov hesab edir ki, rəsmi Kiyev ölkənin prezidentləri də daxil olmaqla, əvvəlki illərdə sistemli şəkildə Krımla məşğul olmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm