Ərəbistan Yəməndə quru əməliyyatına başladı
Bizi izləyin

Dünya

Ərəbistan Yəməndə quru əməliyyatına başladı

Səudiyyə Ərəbistanı Yəməndə quru əməliyyatına başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Ensarullah” hərəkatının (Husilər) nəzarətindəki SABA agentliyi Səudiyyə Ərəbistanı quru qoşunlarının Hacca vilayətinin Harad mahalına hücum etdiyini bildirib.

Xəbərə görə, Husilər və Xalq Komitələrinin silahlı qüvvələri hücumu dəf edib. İki ölkənin sərhəd bölgəsində şiddətli döyüşlərin getdiyi deyilir.

Həmçinin bildirilir ki, Səudiyyə Ərəbistanına aid hərbi vertolyotlar Hacca vilayətindəki bəzi bölgələri bombalayıb.

Qeyd edək ki, Səudiyyənin liderlik etdiyi ərəb koalisiyası Husilərin Yəməndə irəliləyişini dayandırmaq üçün martın 26-da “Qətiyyət Fırtınası” adı verilən hava əməliyyatına başlayıb. Aprelin 21-də əməliyyatın başa çatdığı və “Ümidə dönüş” əməliyyatının başlandığı elan edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm