İŞİD-ə öldürücü zərbə: təşkilatın sirləri ələ keçirildi
Bizi izləyin

Dünya

İŞİD-ə öldürücü zərbə: təşkilatın sirləri ələ keçirildi

Amerika kəşfiyyatı İŞİD terror təşkilatının daxili strukturları haqqında məlumatların yer aldığı sənədləri ələ keçirə bilib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “The New York Times” nəşri yazıb.

Nəşrin məlumatına görə, xüsusi əməliyyat Suriyada mayın 16-da keçirilib. Əməliyyatın gedişatında İŞİD-ə məxsus noutbuklar, mobil telefonlar və digər məlumat daşıyıcıları ələ keçirilib. Əldə olunan məxfi informasiyaların həcmi təxminən yeddi terabayt qiymətləndirilir. Kəşfiyyat məlumatları artıq mayın 31-də İŞİD-in liderlərindən biri olan Abu Hamidin öldürülməsinə kömək edib. Ancaq terror təşkilatı onun ölümünü hələ təsdiqləməyib.

İŞİD lideri Əbubəkr əl-Bağdadinin yeri isə indiyə kimi müəyyən edilməyib. Onun istənilən elektron əlaqə vasitələrindən uzaq dayandığı bildirilir. Qəzet yazır ki, Bağdadi vaxtaşırı Suriyanın Rakka şəhərindəki qərargahında regional liderlərlə iclas keçirir. İclaslara isə mobil telefonlar və digər elektron qurğuların gətirilməməsinə xüsusi diqqət yetirilir.

“The New York Times” nəşrinin yazdığına görə, İŞİD liderlərinin arvadları da təşkilat daxilində məxfiliyin qorunmasında mühüm rol oynayırlar. Onlar məxfi informasiyanı əvvəlcə bir-birinə, sonra isə Bağdadiyə ötürürlər. Beləliklə, məxfi məlumatların ələ keçirilməsi praktik olaraq istisna edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm