Saakaşvilinin maaşının məbləği məlum oldu - SƏNƏD
Bizi izləyin

Dünya

Saakaşvilinin maaşının məbləği məlum oldu - SƏNƏD

Ukraynanın Odessa vilayəti dövlət administrasiyasının başçısı (qubernator), Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin aylıq vəzifə maaşı məlum olub.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, Saakaşvilinin aldığı maaşın məbləğini dövlət administrasiyası aparatının rəhbəri Vladimir Kulakov politoloq Qleb Kanevskinin sorğusuna cavab olaraq açıqlayıb.

Mixail Saakaşvilinin aylıq vəzifə maaşı 5644 qrivna (təxminən 280 AZN və ya 267 dollar) təşkil edir. Politoloq Saakaşvilinin maaşı ilə əlaqədar müvafiq sənədi də bloqunda dərc edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm