İŞİD Qəddafinin məmləkətini ələ keçirdi
Bizi izləyin

Dünya

İŞİD Qəddafinin məmləkətini ələ keçirdi

İŞİD terror təşkilatı Liviya hökumətinə bağlı “Şəfəq” gücləri ilə şiddətli döyüşlərdən sonrası ölkənin keçmiş lideri Müəmmər Qəddafinin məmləkəti olan Sirt şəhərini ələ keçirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, təşkilat tamamilə nəzarəti altına aldığı şəhərin son görüntülərini yayıb.

Qeyd olunur ki, Sirtin liman şəhəri olması İŞİD-ə əlindəki nefti satmaq üçün yeni imkanlar yaradacaq. İŞİD may ayının sonunda paytaxt Trablusun 450 kilometr şərqindəki Sirt hava limanını ələ keçirib. Sirt Liviyada Müəmmər Qəddafinin devrildiyi qiyamda müxalifətçilərin əlinə ən son keçən şəhər olmuşdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm