Gürcü patriarxı Tiflisdə heyvanların ölməsində kommunistləri ittiham etdi
Bizi izləyin

Dünya

Gürcü patriarxı Tiflisdə heyvanların ölməsində kommunistləri ittiham etdi

Bütün Gürcüstanın katalikos-patriarxı II İliya dünən gecə baş verən daşqınlardan sonra Tiflisin mərkəzindəki zooparkda heyvanların ölməsini şərh edib.

Publika.az “Apsny.ge” saytına istinadən cəbər verir ki, II İliya bazar xütbəsində zooparkın məbədlər və monastırların əridilmiş zənglərinin hesabına kommunistlər tərəfindən yaradıldığını xatırladıb.

“Sürüşmə, sellər və yağış nəticəsində insanlar həlak oldular. Zoopark məhv oldu. Heyvanlar öz yerlərindən çıxaraq insanlar üçün təhlükəli oldular. Siz yəqin xatırlayırsınız ki, kommunistlər Gürcüstana girəndə xaçpərəstlər və ruhanilərin təqibinə başladılar. Kilsələr və monastırlarındağıdılması barədə göstəriş verdilər. Monastırlarvə məbədlər zəngləri əridilərək onun puluna bu zooparkı yaratdılar. Zooparkı bağlamaq və onu başqa yerdə tikmək lazımdır. Çünki bu zoopark günahların üzərinə qurulub. Çoxları bunu xatırlamır, amma bu informasiya bizim mətbuatımızda var idi. Günahlar cəzasız qalmır", - patriarx bildirib.

Xatırladaq ki, iyunun 13-dən 14-nə keçən gecə Gürcüstanda yağan leysan yağışları ölkənin bir neçə bölgəsində, o cümlədən paytaxt Tiflisdə ciddi fəsadlar törədib. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 10 nəfər ölüb.

Təbii fəlakətdən Tiflisin mərkəzi, o cümlədən zoopark ciddi ziyan çəkib. Heyvanların bir hissəsi ölüb, digərləri isə qaçıblar. Heyvanların bəziləri yaxınlıqdakı küçələrdə yatdığından onları zooparka qaytarmaq mümkün olub. Qaçan heyvanların isə xüsusi təyinatlılar tərəfindən vurulmasına başlanılıb

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm