Prezidentin xarici ölkədən çıxışına qadağa qoyuldu
Bizi izləyin

Dünya

Prezidentin xarici ölkədən çıxışına qadağa qoyuldu

Haaqa Məhkəməsi (BCM) Sudan prezidenti Ömər Həsən əl-Bəşirin həbs olunmasını tələb edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Afrika məhkəməsi BCM-dən gələn tələbə uyğun olaraq Afrika Birliyinin sammitində iştirak etmək üçün bu ölkədə olan Sudan prezidentinin müvəqqəti olaraq ölkə xaricinə çıxışına qadağa qoyub.

BCM-ə üzv olan Cənubi Afrika Respublikasının Sudan prezidentini həbs etmək hüququ var.Aprel ayında keçirilən seçkilərdə yenidən Sudanprezidenti seçilən Bəşir Hollandiyanın Lahey şəhərində yerləşən BCM tərəfindən müharibə və insanlığa qarşı cinayətlərdə ittiham olunur.

Məhkəmə Bəşiri Darfurda çoxlu sayda adamın həyatını itirdiyi qarşıdurmalara görə məsuliyyət daşıdığını iddia edir. BCM Sudan prezidentihaqqında 2009 və 2010-cu illərdə iki həbs qərarı çıxarıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm