Bərzani “Müstəqil Kürdüstan”ın qurulacağı tarixi açıqladı
Bizi izləyin

Dünya

Bərzani “Müstəqil Kürdüstan”ın qurulacağı tarixi açıqladı

Şimali İraq kürd muxtariyyətinin başçısı Məsud Bərzani “Müstəqil Kürdüstan”ın qurulması tarixini elan edib.

Publika.az xəbər verir ki, “Rudaw” saytına danışan Məsud Bərzani bu posta yenidən seçiləcəyi halda 2 il ərzində “Kürdüstan”ın müstəqilliyini elan edəcəyini bildirib.

Xatırladaq ki, Bərzani ötən ayın əvvəlində ABŞ-da bir həftəlik səfərdə olub. Kürd liderin keçirdiyi görüşlərdə əsas müzakirə mövzusunun müstəqil kürd dövlətinin yaradılması olduğu deyilir. Ağ Evdən verilən açıqlamalarda Vaşinqtonun bütöv İraqın tərəfdarı olduğu bildirilsə də, ABŞ-dan qayıdan Bərzani prosesin dönməz olduğunu bəyan etdi.

Səfərdən bir həftə əvvəl kürd bölgəsindəki siyasi partiyaların nümayəndələri ilə görüşündə vurğulayıb ki, İŞİD-ə qarşı döyüşdən sonra ABŞ-ın müstəqil kürd dövləti mövzusunda siyasəti dəyişib. “Amerika üç kvadratmetr ərazidə qurulacaq bir kürd dövlətinə də qarşı deyil”, - Bərzani bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm