ABŞ səfirliyinin əməkdaşları Tiflisdə küçələrə çıxdılar - FOTOLAR
Bizi izləyin

Dünya

ABŞ səfirliyinin əməkdaşları Tiflisdə küçələrə çıxdılar - FOTOLAR

Gürcüstanda təhsil alan Afrika ölkələrindən, habelə İraqdan olan tələbələr paytaxt Tiflisin küçələrinə çıxaraq, leysan yağışların törətdiyi fəsadların aradan qaldırılması tədbirlərində iştirak etməyə başlayıblar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın bu ölkədəki səfirliyinin əməkdaşları da aksiyaya qoşulublar. Müxtəlif şirkətlər, ayrı-ayrı şəxslər təbii fəlakətin baş verməsindən bir gün sonra xeyriyyə fonduna milyon lari pul toplayıblar. Bununla yanaşı, müxtəlif şirkətlər 20 tona yaxın yanacaq yığıblar.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Tiflisin mərkəzindən axan Vera çayının daşması nəticəsində yolları su basıb. Nəticədə prospekt və küçələrə, ofislərin və yaşayış binalarının birinci mərtəbəsinə sel suları dolub.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm