Lukaşenko qardaş qırğınını dayandıracağına söz verdi
Bizi izləyin

Dünya

Lukaşenko qardaş qırğınını dayandıracağına söz verdi

Belarus prezidenti Aleksandr Lukaşenko Moskva və Bütün Rusiyanın patriarxı Kirillə görüşdə Ukraynanın şərqindəki münaqişəni müzakirə edib.

Publika.az BELTA informasiya agentliyinə istinadən xəbər verir ki, Lukaşenko patriarxa münaqişənin həlli üçün bacardığı hər şeyi edəcəyinə söz verib.

"Biz ruslar, beloruslar və ukraynalılar qardaşlarıq, biz bir kökdənik. Qardaşlarımızın bədbəxtliyi bizim xəstəliyimizdir. Vəziyyəti yumşaltmaq, qardaş qırğınını dayandırmaq üçün biz hər şeyi etməli olacağıq”, - Belarus lideri deyib.

Xatırladaq ki, Belarus prezidenti ötən ilin oktyabr ayında sülhməramlı qoşunları Ukraynanın şərqinə göndərməyə hazır olduğunu bəyan edib. "Rusiyanın Qərbə, Qərbin Rusiyaya, Amerikanın Rusiyaya, Rusiyanın isə Amerikaya inamsızlığı varsa, münaqişə tərəflərini ayırmaq üçün silahlı qüvvələrimdən istifadə etməyə hazıram", - Lukaşenko bildirib.

Amma Lukaşenkonun təklifi nə Rusiya, nə də Ukrayna tərəfindən qəbul olunmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm