
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa
vilayətinin qubernatoru Mixail Saakaşvili Kiyevin atmalı olduğu
addımlar barədə danışıb.
ANS PRESS-in məlumatına görə, hazırda Avropanın ən kasıb
ölkəsinin Ukrayna olduğunu deyən Saakaşvili hakimiyyətdən radikal
addımlar atmağı tələb edib:
"Korrupsiya ilə total şəkildə mübarizə aparılmalıdır. Bölgələrin
infrastrukturu inkişaf etdirilməlidir. Bundan sonra iş adamları
Ukraynanı investisiyaları etibarlı ölkə sayacaqlar".
Saakaşvili bildirib ki, nəhəng təbii ehtiyyatlara sahib olmaqla yanaşı Ukraynanın güclü sənayesi və savadlı işçi qüvvəsi var: "Bunları hərəkətə gətirmək üçün korrupsiyaya müharibə elan olunmalıdır".