Sərnişin təyyarəsi məcburi eniş etdi
Bizi izləyin

Dünya

Sərnişin təyyarəsi məcburi eniş etdi

İyunun 21-də “Singapore Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi Malayziya paytaxtının aeroportunda məcburi eniş edib. Bu barədə Kuala-Lumpur aeroportunun nümayəndələri məlumat veriblər.

Aeroport rəhbərliyinin yaydığı məlumatda deyilir: “Mumbai-Sinqapur marşrutu üzrə uçan təyyarə Kuala-Lumpur aeroportunda eniş edib, sərnişinlərdən və heyət üzvlərindən heç kim xəsarət almayıb”.

Hazırda mütəxəssislər hadisənin səbəblərini aydınlaşdırırlar. İlkin məlumatlara görə, heyət texniki nasazlıq səbəbindən məcburi eniş edib.

Təxminən bir ay əvvəl də “Singapore Airlines” şirkətinə məxsus, Sinqapurdan Şanxaya uçan A330-300 sərnişin təyyarəsinin hər iki mühərriki havada dayanmışdı. Hadisə təyyarə havaya qalxdıqdan üç saat otuz dəqiqə sonra, layner 11,8 kilometr yüksəklikdə olarkən baş vermişdi. Buna baxmayaraq, heyət məcburi eniş etməmiş və vəziyyəti öz gücü ilə qaydaya qoya bilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm