Terrorçulardan Əfqanıstan parlamentinə bombalı hücum - SON DƏQİQƏ - FOTO
Bizi izləyin

Dünya

Terrorçulardan Əfqanıstan parlamentinə bombalı hücum - SON DƏQİQƏ - FOTO

Terrorçular Əfqanıstanın paytaxtı Kabil şəhərində parlament binasını hədəfə alıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Əfqanıstan polisi parlamentdə millət vəkillərinin toplantısı zamanı binaya 4 bombalı hücum edildiyini bəyan edib. Bomba hücumundan sonra isə parlament binası ətrafında təhlükəsizlik qüvvələri ilə terrorçular arasında silahlı atışma başlayıb.

Terror hücumu ilə bağlı məsuliyyəti Taliban hərəkatı üzərinə götürüb. Taliban hərəkatının sözçüsü Zebihullah Mücahid bəyan edib ki, Əfqanıstan parlamenti binasına xeyli sayda mücahid daxil ola bilib: “Bombalı hücum parlamentdə deputatların iştirak etdiyi toplantı zamanı həyata keçirilib. Hazırda onlar tapşırıqlarını davam etdirirlər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm