İŞİD-in ölüm kameraları - FOTOLAR
Bizi izləyin

Dünya

İŞİD-in ölüm kameraları - FOTOLAR

Türkiyənin “Hürriyet” qəzetinin müxbirləri İŞİD terror təşkilatının bir həftə əvvəl geri çəkildiyi Suriyanın Tel-Abyad şəhərindəki həbsxanadan reportaj hazırlayıb.

Publika.az xəbər verir ki, Türkiyə sərhədinin 600 metr məsafəsində yerləşən həbsxananın İŞİD işğalından əvvəl anbar olduğu, terror təşkilatı tərəfindən həbsxana kimi istifadə edildiyi təxmin edilir.

“Qapını açıb içəri girəndə pis qoxu ilə rastlaşırsınız. Sağ və sol tərəfdə pəncərəsiz kameralar, ortada isə işkəncələrin verildiyi yer var. Yerdə məhkumların siyahısının olduğu bir dəftər nəzərə çarpır. Onların çoxu “oğru və qatil” kimi qeydə alınıb. Buradakı məhkumların aqibətini təxmin etmək çətin deyil. Oğurluqda ittiham olunanların əlləri, qatillərin isə başları kəsilib”. Divarda isə “Cihad qaydaları” yazılan lövhə var”, - Türkiyə nəşri yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm