ABŞ Fransa prezidentlərini dinləyir - diplomatik QALMAQAL
Bizi izləyin

Dünya

ABŞ Fransa prezidentlərini dinləyir - diplomatik QALMAQAL

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (NSA) 2006-2012-ci illər ərzində Fransa prezidentləri olmuş Jak Şirak, Nikolya Sarkozi və Fransua Ollandın telefon danışıqlarını dinləməsi faktı üzə çıxıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə “Wikileaks” saytının yeni yaydığı məxfi hesabatda qeyd olunur.

Xəbər yayılandan az sonra sözügedən məsələ ilə əlaqədar prezident Fransua Olland təcili olaraq Fransa Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Eyni zamanda ABŞ-ın Parisdəki səfiri Hartley de Fransanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Hesabatda o da qeyd olunur ki, NSA təkcə prezidentləri deyil, həm də yüksək vəzifəli dövlət adamlarını, diplomatları və nazirləri də dinləyir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm