Türkiyəli yazar: “Alman ergenekonu və PKK-ya pul köçürmələri”
Bizi izləyin

Dünya

Türkiyəli yazar: “Alman ergenekonu və PKK-ya pul köçürmələri”

Türkiyənin “Yeni Şafak” qəzetinin tanınmış yazarı İbrahim Qaragül Almaniya hökumətinin PKK terror təşkilatına gizli formada böyük məbləğlərdə vəsait ötürməsi barədə məqalə ilə çıxış edib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, tanınmış yazar “Alman ergenekonu və PKK-ya pul köçürmələri” adlı məqaləsində qeyd edir ki, Almaniyanın Türkiyədəki məxfi kəşfiyyat fəaliyyətləri artıq heç kəsə sirr deyil.

Daha sonra məqalədə qeyd olunur:

“ABŞ və İsrailə qarşı sorğu aparılır, bütün səviyyələrdə müzakirə olunur, ancaq söhbət Almaniyadan gedəndə, Türkiyədə hər kəs səssizliyə qərq olur. Almaniya kəşfiyyatının Türkiyənin qan damarlarına qədər işlədiyini bildiyimiz halda, Mossad, CIA və Rusiya xüsusi xidmət orqanlarının ən məxfi əməliyyatlarından az da olsa xəbər tutduğumuz halda, Almaniya ilə bağlı nədənsə heç kim bir söz söyləməyə cürət etmir. İllərdir ki, bunu çox təəccüblə izləyirəm. İndiyədək Türkiyədə çox yadda qalan hadisələr, sui-qəsdlər, cinayətlər, məzhəb davaları oldu, ancaq heç kəs bunun arxasında Almaniya kəşfiyyatının olması versiyasını dilə gətirmədi. Misal üçün, ələvi-sünni məsələsinin mərkəzində hər zaman Almaniya olub və hər kəs də bunu yaxşı bilir, ancaq bilməz kimi görünür.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu zaman söylədiyi “bəzi alman fondlarının bələdiyyələr vasitəsilə terrorçulara pul göndərməsi” fikirlərində təkcə PKK-nın maliyyə mənbələri nəzərdə tutulmurdu. Burada həm də Almaniya kəşfiyyatının, “dərin dövlətlərin” Türkiyədə həyata keçirdiyi gizli əməliyyatlar gündəmin əsas müzakirə mövzusu olmalıdır. Əgər bu fürsətdə də susqunluq olarsa, o zaman Türkiyənin adına yalnız və yalnız “talesizlik” yazılıb.

Bu gün Türkiyənin dünyada nüfuzunun artmasına, regional güc olmasına mane olan əsas ölkə Almaniya və Fransadır.

Almaniya və Fransa birlikdə hərəkət edərək, əvvəlcə Türkiyənin Avropa Birliyinə üzvlük planını dönük etdi. İndi isə Türkiyə haqqında beynəlxalq ictimaiyyətdə mənfi rəy yaradılmağa çalışır.

Aralıq dənizinin şərqində və Cənubi Kiprdəki böhranın, Türkiyənin İsrail, Fransa və Yunanıstan ilə münasibətlərinin korlanmasının da əsas memarı Almaniyadır. Məqsəd Türkiyəni bütün regionlardan təcrid etmək, Anadoludan sıxışdırmaqdır. Anadoluda isə PKK üzərindən kürd və ələvi-sünni məsəllərini qabardaraq, Türkiyəni gücdən salmaqdır. Belə olanda isə Almaniya öz kəşfiyyatı və iqtisadiyyatı ilə Türkiyə daxilində yeni güc mərkəzinə çevrilməyə can atır.

Daha bir təəccüblü məqam odur ki, mövzu Almaniya olan zaman dünyanın əksər siyasi xadimləri, fondları, media qrupları, insan haqları təşkilatları və sairə qəfil dönüb lal olurlar. Sanki, onların müdirləri, pul verənləri Almaniyadır. Yəqin ki, belədir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm