İŞİD-in videolarına baxıb qonşusunu kəsdi – VİDEO
Bizi izləyin

Dünya

İŞİD-in videolarına baxıb qonşusunu kəsdi – VİDEO

İŞİD terror təşkilatının edam videolarını izləyən şizofreniya xəstəsi olan İngiltərə vətəndaşı dəhşət saçıb.

Publika.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, İŞİD-in videolarından təsirlənən 25 yaşındakı Nikolas Salvador İngiltərənin paytaxtı Londonun şimalında 82 yaşındakı italyan qonşusu Palmira Silvanı əvvəl bıçaqlayıb, daha sonra başını kəsib.

Daha sonra şəhərin küçələrinə çıxan Salvador qarşısına çıxanları dağıtmağa və avtomobillərin şüşələrini sındırmağa başlayıb. Polis qısa müddət sonra elektroşok silahı isə onu təsirsiz hala gətirə bilib. Polis vertolyotun kamerasından qeydə alınan görüntüləri paylaşıb.

Yoldaşları psixi problemləri olan Salvadorun internetdən sui-qəsd nəzəriyyələri və ekstremistlərin mesajları ilə maraqlandığını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm