Rusiya ABŞ-a meydan oxudu – yeni sualtı nüvə daşıyıcısı – FOTO
Bizi izləyin

Dünya

Rusiya ABŞ-a meydan oxudu – yeni sualtı nüvə daşıyıcısı – FOTO

Rusiya alimləri yeni, çoxfunksiyalı sualtı nüvə daşıyıcısı üzərində həyata keçirdikləri layihəni uğurla başa çatdırıblar.

Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, yeni sualtı nüvə daşıyıcısı 23000E “Ştorm” bir sıra texniki göstəricilərə görə sələfindən fərqlənir. Yeni nüvə daşıyıcısını Sankt-Peterburqda fəaliyyət göstərən Krılov adına Dövlət Elmi Mərkəzinin əməkdaşları hazırlayıblar. Mərkəzin rəsmisi Valeri Polyakov bildirib ki, 23000E “Ştorm” gələn ay keçiriləcək beynəlxalq hərbi dəniz salonunda təqdim ediləcək. Rus mütəxəssisləri yeni nüvə daşıyıcısının bir sıra xüsusiyyətlərə malik olduğunu bildirirlər. 330 metr uzunluğa, 40 metr qalınlığında gövdəyə malik 23000E “Ştorm” müxtəlif əməliyyatları uğurla icra etmək gücünə malikdir.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm