Türkiyənin “kiçik baba”sı həbs olundu
Bizi izləyin

Dünya

Türkiyənin “kiçik baba”sı həbs olundu

İstanbul polisi “yeraltı dünya”nın məşhur adlarından olan Dündar Kılıcın nəvəsi, Aladdin Bıçaqçının ögey oğlu Onur Özbizerdiyi tutub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Onur Özbizerdik bir ay əvvəl getdiyi restoranda mübahisə etdiyi şəxslərə atəş açdığı üçün axtarılırdı.

Mayın 30-da sevgilisi ilə lüks restoranlardan birinə gedən Onur mübahisə etdiyi adamlara atəş açaraq hadisə yerindən qaçmışdı. Amma hadisə zamanı ölən və ya yaralanan olmamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm