MHP Ərdoğanı “qırmızı xət”lərdən çıxardı
Bizi izləyin

Dünya

MHP Ərdoğanı “qırmızı xət”lərdən çıxardı

Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) Ədalət və İnkişaf Partiyası ilə (AKP) hökumət koalisiyasının qurulması üçün bir müddət əvvəl açıqladığı “qırmızı xət”ləri dəyişdirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, MHP-li millət vəkili Ümid Özdağ prezident Rəcəb Tayyib Ərdoğanın Çankaya Köşkünə dönməsi və dörd keçmiş nazirin Yüksək Divana göndərilməsinin partiyanın “qırmızı xət”lərinə daxil olmadığını söyləyib.

HDP-li millət vəkili "Ərdoğan legitimdir, bunun əksini söyləmirik” deyib. Lakin o, Ərdoğanın Konstitusiyada göstərilən səlahiyyətlərinə çəkilməsinin lazım olduğunu bildirib.

Ümid Özdağ İmralı adasında həbsxanada olan PKK lideri Abdullah Öcalanla bağlı partiyasının şərtini növbəti dəfə açıqlayıb. O, PKK lideri ilə Türkiyə dövləti və milləti üçün həyati əhəmiyyət daşıyan istənilən mövzuda müzakirələrə qarşı olduqlarını deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm