Güləndən sonra nurçulara bu adam rəhbərlik edəcək
Bizi izləyin

Dünya

Güləndən sonra nurçulara bu adam rəhbərlik edəcək

ABŞ-ın Pensilvaniya ştatında yaşayan camaat lideri Fəthullah Gülənin ölüm xəbərlərinin yayılması onun xələfinin kim olacağı barədə məsələni gündəmə gətirib.

Publika.az xəbər verir ki, Türkiyənin “Aydınlık” qəzetinin yazarı Sabahattin Önkibar camaat lideri Fəthullah Gülənin xələfinin adını açıqlayıb.

Onun sözlərinə görə, Gülən öləndən sonra camaatın başına Mustafa Özcan keçəcək. Sabahattin Önkibar qeyd edir ki, Gülən onun yerinə keçəcək Özcanı camaatın nüvə qrupuna şəxsən təqdim edib.

“Aydınlık” qəzetinin yazarı hesab edir ki, Güləni xələfini təyin etməsinə məcbur edən səbəb ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyi (CİA) ilə İsrailin kəşfiyat qurumu MOSSAD-dır. “Əsas məqsəd qoyulan Fəthullah Güləndən sonra camaatın parçalanma ehtimalının qarşısının alınmasıdır”, - Sabahattin Önkibar deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm