İŞİD-dən “sənəd” gözləyən rus qızları saxlanıldı
Bizi izləyin

Dünya

İŞİD-dən “sənəd” gözləyən rus qızları saxlanıldı

Ukrayna Təhlükəsizlik Xidməti Dnepropetrovsk vilayətində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirib.

Publika.az “Unian” agentliyinə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib.

Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiya vətəndaşları olan iki qadını saxlayıblar. Qeyd edilir ki, onlar Ukraynaya Rusiyadan qeyri-leqal yolla gəliblər. Rusiya vətəndaşları Dnepropetrovskda Türkiyə vasitəsilə Suriyaya keçmək üçün saxta sənədləri gözləyirdilər.

Saxlananlardan biri Təhlükəsizlik Xidmətinin əməkdaşlarına Özbəkistan vətəndaşı adına pasportu təqdim edib. Ancaq pasportun saxta olduğu məlum olub. Axtarış zamanı onlardan “dinlərarası düşmənçiliyi və başqa dinlərin nümayəndələrinə nifrəti təbliğ edən” əlyazmalar götürülüb.

Onların Ukraynaya girişinə 3 illik qadağa qoyulmaqla Rusiyaya və yaxud da üçüncü ölkəyə ekstradisiyası planlaşdırılır.

Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Yevgeni Lukyanovun məlumatına görə, hazırda İŞİD-in sıralarında təxminən iki min rusiyalı vuruşur. Onların əksəriyyətini Şimali Qafqazın sakinləri təşkil edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm