“Tarif Maydanı”nda “ilk silah” tapıldı, ilk çadır söküldü - QARŞIDURMA
Bizi izləyin

Dünya

“Tarif Maydanı”nda “ilk silah” tapıldı, ilk çadır söküldü - QARŞIDURMA

İrəvanın Baqramyan prospektində keçirilən etiraz aksiyasında artıq ilk odlu silah aşkarlanıb.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, polis əməkdaşları Arqavand kəndi sakini, 1992-ci il təvəllüdlü Tiqran Rostomyanın üzərində tapança aşkar edib.

Faktla bağlı araşdırma aparılır.

Rusiyanın “İnterfaks” xəbər agentliyinin məlumatında isə deyilir ki, etiraz aksiyasının iştirakçılarından birinin qurduğu çadır polislər tərəfindən sökülüb. Qeyd edilir ki, polis çadırların qurulmasının qanunsuz olduğu barədə aksiya iştirakçılarına xəbərdarlıq ediblər.

Məlumata görə, aksiya iştirakçıların tərəfindən tutulan Mesrop Maştos prospektində hərəkət bərpa edilib. Onların yenidən Baqramyan prospektinə gəldiyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm