İŞİD-in edam statistikası açıqlandı
Bizi izləyin

Dünya

İŞİD-in edam statistikası açıqlandı

İŞİD terror təşkilatı son bir il ərzində 3 mindən çox insanı edam edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə baş ofisi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı bildirib.

Məlumata görə, edam olunanlardan 74-ü uşaq olmaqla 787-i mülki şəxsdir.

Öldürülənlərin çoxu isə sünni şietat tayfasının üzvləridir. Tayfa üzvlərinin İŞİD-ə qarşı vuruşduğu bildirilir.

İŞİD öz üzvlərindən 143-ünü edam edib. Onlar əsasən casusluq və yaxud da fərarilik etməkdə ittiham olunublar.

ABŞ tərəfindən açıqlanan rəsmi rəqəmlərə görə, indiyə kimi ən az 8 min İŞİD üzvü hava zərbələri ilə öldürülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm