Şagirdləri ilə yaxınlıq edən müəllimə həbs olundu
Bizi izləyin

Dünya

Şagirdləri ilə yaxınlıq edən müəllimə həbs olundu

ABŞ-da 30 yaşlı müəllimə yuxarı sinif şagirdiylə cinsi əlaqədə olduğu üçün uzun müddətə azadlıqdan məhrum edilib.

Publika.az oxu.az-a istinadən xəbər verir ki, Florida ştatının sakini Cenifer Fixter 22 il həbsxanada qalacaq.

Fixterin üç keçmiş şagirdi 17 yaşları olduqda onunla intim əlaqəyə girdiklərini təsdiq ediblər.

İstintaqın nəticəsinə görə, qadın yetkinlik yaşına çatmayan yeniyetmələrlə dəfələrlə cinsi əlaqəyə girib.

Bütün bunlar onun evində, maşınında, şagirdlərdən birinin evində baş verib. Fixter hətta şagirdlərdən birindən hamilə qalıb və abort etdirib.

O, bu barədə öz məşuqu ilə telefon danışığında bildirib. Bu telefon danışığını məhkəmədə təqdim ediblər.

İttiham tərəfi qadın üçün 25 il cəza tələb edib. Məhkəmə onun 22 il müddətinə həbs cəzası barədə hökm qəbul edib. Fixter keçmiş şagirdlərinin ailələrindən, eləcə də öz doğmalarından üzr istəyib.

“Mən öz eqoizmimə və onun nəticələrinə nifrət edirəm. Bu eqoist cinayət idi və mən çox təəssüflənirəm, - müttəhim deyib. – Mən keçmişə qayıdıb, elədiyim hər şeyi silmək istərdim. Mən geriyə qayıdıb, öncə öz şagirdlərim, sonra isə özüm haqqında düşünmək istərdim”.

Amma yeniyetmələrin valideynləri narazı qalıblar.

“Bu, ağrıvericidir. Mən oğlumu itirdiyimi görürdüm və heç nə edə bilmirdim”, - onlardan birinin anası deyib.

Fixter yeniyetmə sevgililərini onunla əlaqələri olmadığına dair valideynlərinə yalan deməyə məcbur edib.

Qadını 2014-cü ilin aprel ayında həbs ediblər, polis onun maşında sekslə məşğul olduğunu görüb.

Cinayətin birinci epizodu hələ 2008-ci ildə baş verib.

O zaman Fixter səkkizinci sinif şagirdi ilə “yolverilməz münasibətlərə” görə bir məktəbdə işdən azad olunub. 2011-ci ildə o, Tamp şəhərində təhsil müəssisəsinə ingilis dili müəlliməsi vəzifəsinə işə düzəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm