Ukrayna ordusu kimyəvi silahdan istifadə edir - İDDİA
Bizi izləyin

Dünya

Ukrayna ordusu kimyəvi silahdan istifadə edir - İDDİA

Ukrayna hərbi birləşmələri Donbasda kimyəvi silahdan istifadə edir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Donetsk Xalq Respublikası” separatçı qurumun “müdafiə nazirinin birinci müavini” Sergey Şamberin bildirib.

Onun sözlərinə görə, Ukrayna ordusu atəş vaxtı kimyəvi raketlərdən istifadə edir. Separatçı qurumun nümayəndəsi bildirib ki, bu cür silahlarla atəşlərdən sonra insanlar zəhərlənmə diaqnozu ilə xəstəxanalara düşürlər.

Separatçılar bundan əvvəllər də Ukrayna ordusunu fosfor bombalardan istifadə etməkdə ittiham edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm