BVF Afinaya yardım etməyə hazırdır
Bizi izləyin

Dünya

BVF Afinaya yardım etməyə hazırdır

“Beynəlxalq Valyuta Fondu Yunanıstanda vəziyyəti diqqətlə izləyir və lazım gəlsə Afinaya kömək etməyə hazırdır”.

Publika.az xəbər verir ki, bunu iyulun 6-də fondun icraçı direktoru Kristina Lagarde bəyan edib.

Bu iyulun 5-də Yunanıstanda keçirilən referendumdan sonra Beynəlxalq Valyuta Fondunun ilk reaksiyasıdır.

Yunanlar referendumda beynəlxalq kreditorların təkliflərini rədd edib.

Yunanıstan hökuməti ötən həftə fonda olan 1,7 milyard dollarlıq kredit borcunu ödəmədi və məsələ ilə bağlı ölkədə referendum elan elədi.

Yunanıstanın əsas müxalifət və hakim partiyaları bu arada yeni yardım razılaşması ilə bağlı baş nazir Alexsis Çiprasın səylərini dəstəkləyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm