Tarixi razılaşmaya saatlar qaldı, amma...
Bizi izləyin

Dünya

Tarixi razılaşmaya saatlar qaldı, amma...

İranın nüvə proqramı üzrə Vyanada keçirilən danışıqlarda bir neçə bənd uyğunlaşdırılmamış qalır.

Publika.az xəbər verir ki, Vyanada İranın nüvə probleminin nizama salınması üzrə tarixi razılaşma bu gün imzalanmalıdır.

Sənədin mətni ümumi şəkildə uyğunlaşdırılıb. Amma bəzi məsələlər uyğunlaşdırılmadığı üçün İranın nüvə proqramının gələcəyi haqqında mübahisəyə bu gün, nəhayət, nöqtə qoyulacağı ilə bağlı tamamilə əminlik yoxdur. Rusiyanın “Kommersant” nəşrinin məlumatına görə, dünən axşam saatlarında razılaşmanın təxminən yeddi-səkkiz bəndi uyğunlaşdırılmamış qalırdı. Bunlardan biri də İrana qarşı tətbiq olunan silah embarqosudur. Bu məsələ dünyada silah ticarətindən qazandığı pulun həcminə görə ABŞ-dan sonra ikinci yerdə olan Rusiya üçün olduqca prinsipial əhəmiyyət daşıyır.

Bununla belə, “Kommersant”ın Rusiyadan olan həmsöhbətləri qeyd ediblər ki, proseslər sazişin imzalanmasına doğru gedir, amma danışıqlar istənilən vaxt dayandırıla bilər. Eyni zamanda BMT-nin Vyanadakı qərargahında sazişin rəsmiləşdirilməsi mərasimi üçün zal artıq hazırlanıb. Dünən verilən məlumata görə, ən mürəkkəb məsələlər üzrə irəliləmə var.

“Kommersant” İranın diplomatik mənbələrinə istinadən xəbər verib ki, danışıqların bu axşam başa çatdırılması nəzərdə tutulsa da, proses 8-9 iyula qədər ləngiyə bilər. Nə İran, nə də “altılıq”da (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya) saziş barəsində optimist proqnoz vermək istəmirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm