Şok iddia: NSA Fidan və Davudoğlunu həmin toplantıda dinləyib
Bizi izləyin

Dünya

Şok iddia: NSA Fidan və Davudoğlunu həmin toplantıda dinləyib

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan və baş nazir Əhməd Davudoğlunun da qatıldığı toplantı Amerika Milli Təhlükəsizlik Agentliyi (NSA) tərəfindən dinlənilib.

Publika.az xəbər verir ki, bu iddianı Almaniyanın “Focus” jurnalı adını açıqlamadığı mənbəyə istinadən irəli sürüb.

Məlumata görə, iki il əvvəl keçirilən toplantıda Suriya böhranı müzakirə olunub. Toplantıda Hakan Fidan və Əhməd Davudoğlu (həmin vaxt xarici işlər naziri idi) ilə yanaşı, Xarici İşlər Nazirliyinin müşaviri Feridun Sinirlioğlu və Baş qərargahın 2-ci başçısı Yaşar Gülər iştirak edib.

Almaniya nəşrinin iddiası ilə bağlı hələlik rəsmi şərh verilməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm