Ekologiya
Ermənistan yenə Kürü ÇİRKLƏNDİRDİ - Monitorinq
İyul ayının II ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının I ongünlüyünə nisbətən 31.9 m3/san azalaraq 92.1 m3/san təşkil edib.
Publika.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən aparılan monitorinq nəticələrində qeyd edilib.
Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan
ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət
tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri
nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin
miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2
məntəqəsində 5.1, Ağstafaçayda 4.6, Ağstafaçay su anbarında isə 3
dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
İyul ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə
görə, fenollar Araz çayı üzrə Horadizdə 2, I Şahsevəndə 1.7,
Bəhramtəpədə isə 2.2 dəfə YVQH-ni keçib.
Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə
norma daxilində tərəddüd edib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6.36-7.07 mq/l arasında
olmaqla sanitar norma daxilində dəyişib.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu