Azərbaycanda varlılar üçün bəd xəbər - Bu sistem reallaşsa, varlanmaq istəməyəcəksiniz
Bizi izləyin

Əmlak

Azərbaycanda varlılar üçün bəd xəbər - Bu sistem reallaşsa, varlanmaq istəməyəcəksiniz

"Varlılar çox ödəyəcək, kasıblar az".

Ötən ildən Rusiyada varlı təbəqənin vergiyə cəlb edilməsi ilə bağlı gündəmə gələn təklif Azərbaycanda da reallaşa bilər. Belə ki, dövlət başçısı varlı təbəqənin dövlətə daha çox fayda verməsini vurğulayıb. Nəzərə çatdıraq ki, hazırda dünyanın bir çox ölkəsində bəlli məbləğdə qazancdan sonra vergi tətbiq edilir. Məsələn, Böyük Britaniyada 150 min funtdan çox gəlir əldə edənlər qazandıqlarının 50 faizə qədərini vergi ödəyirlər. Ukraynada 26 min qrivindən çox gəlir əldə edənlər isə 20 faiz vergi verirlər. Digər ölkələrə gəlincə, Belçikada gəlir vergisinin aşağı həddi 25 faiz, yuxarı həddi isə 53,7 faizdir. Almaniyada bu rəqəm 14-47,5 faiz, Avstrayada 36,5-50 faiz ətrafında dəyişir. Avropada ən aşağı vergilər Albaniya, Bolqarıstan, Makedoniya, Bosniya və Hesoqavina (1-10 faiz), Afrika və Latın Amerikasında Anqolada, Kosta-Rikada və Mavrikidədir (11-20 faiz). ABŞ-a gəlincə, bu dövlətdə “lüks vergi” 1898-ci ildən tətbiq edilir. Verginin tətbiqinə başlanıldığı ilk 3 ildə büdcə bundan 13 milyard dollar qazanmışdı.

Göründüyü kimi, imkanlı təbəqənin vergiyə cəlb edilməsi dövlətə qazandırır. Bunun pis tərəfi də var, o da vergi yükünün həmin şəxsələrə ağır gəlib ölkədən getmək istəmələridir. Lakin dünyanın ən varlı sakinlərində olan Bill Qeyts bildirir ki, kimsə sərvətindən imtina etmirsə, onun bir hissəsindən, məsələn əmlakından vergi verməlidir: “Çünki bu sərvəti dövlətin təhsil, biznes sistemi sayəsində qazanıb. Yaxşı bilirsiniz ki, pulunuz əlinizə təsadüfən, hansısa sehrin nəticəsində gəlməyib”.

İqtisadçı-ekspertlər bildirir ki, Azərbaycan istisna olmaqla, dünyanın bir çox ölkələrində varlıların büdcədə payı var. Keçmiş sovet ölkələrindən Ukrayna bu məsələdə çox öndədir. Son iki ildə Rusiyada da milyonerlərin əmlak vergisinə cəlb edilməsi istiqamətində fikirlər irəli sürülür.

Bildiyimiz kimi, Fransa, Almiya, Avstrya, İsçevçrə, İngiltərədə varlı olmaq həddən artıq bahalı statusdur. Xüsusilə bu ölkələrdə varlıların əmlaklarına yüksək həcmdə vergi tətbiq edilir. Məsələn, İsveçrənin perestijli rayonlarından birində 500-600 kvadratmetr əraziyə malik daşınmaz əmlaka sahib olanlar ildə büdəcəyə 10-15 min avro vergi ödəyirlər. Son illər Almaniya, İtaliya bu sahədə vergilərin həcmini artırıb. Lüksenburqda isə əmlak vergisi ləğv edilsə də, bank hesablarından çıxarışlara 10 faiz vergi tətbiq olunub.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Rəşad Əliyev deyir ki, bir çox ölkələr vergiqoyma sistemini sosial ədalətə uyğun qurmağa çalışırlar:

“Yəni çalışırlar ki, varlılar daha çox ödəsin, kasıb təbəqə isə az. Vergiqoyma sistemində bu əsasən 2 üsulla edilir. Birinci üsulda gəlirlərin vergiyə cəlb edilməsində fərq qoyulur. Yəni varlılar gəlirdən vergini daha yüksək faizlə ödəyirlər. İkinci üsulda isə əmlaka vergi dərəcələrinin tətbiqidir. Buradada sistem elə qurulur ki, ev nə qədər bahalıdırsa, vergi o qədər çox ödənilir”.

İqtisadçı deyir ki, Fransada əmlak vergisinin dövlət büdcəsindəki payı bir çox ölkələrə nisbətdə daha yüksəkdir. Bəs ölkə qanunvericiliyində bu məsələ necədir?

İqtisadçı deyir ki, bu sahədə məsələ bir az qəlizdi:

“Əvvəl fiziki şəxslərin illik əmlak vergisi onun dəyərinin 0,1% həcmində ödənilirdi. Bu sistem yaxşı işləmirdi və buna görə təkmilləşdirilməli idi. Yəni əmlak vergisinin bazar dəyərinə nisbətdə hesablanması sistemi təkmilləşdirilməli idi. Belə olan halda bahalı ev çox vergi ödəyəcəkdi, ucuz ev isə az. Ancaq həmin sistemin təkmilləşdirilməsinin əvəzinə vergiqoyma yanaşması dəyişdirildi və nəticədə əmlak vergisi hazırda evin dəyərinə uyğun yox, onun sahəsinə nisbətdə tutulur. Verginin sahəyə uyğun tutulması çox primitiv yanaşmadır, ancaq asandır”.

Bakıda bahalı evlərin çox olduğunu deyən mütəxəssis bildirir ki, onların hesabına büdcəyə çoxlu pul yığmaq çətin məsələ olacaq:

“Ümumiyyətlə əmlak vergisinin hazırda tətbiqi məsələsində həm ədalət, həm məntiq, həm də bir çox ziddiyyətlər baxımından problemlər var”.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm