Yaxın aylarda mənzillər ucuzlaşacaq - AÇIQLAMA
Bizi izləyin

Əmlak

Yaxın aylarda mənzillər ucuzlaşacaq - AÇIQLAMA

"Mənzil bazarında tələb və təklif arasında kəskin fərq yaranıb".

“2013-cü ildə Bakıda mənzillərin qiyməti süni şəkildə şişirdilmişdi. Qiymət azalmaları qaçılmaz idi. Xüsusən də, son 2 ildə ciddi qiymət azalmaları müşahidə edilir”.

Bunu Publika.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. O deyib ki, ilin birinci yarısında mənzil bazarında qiymət azalmaları davam edəcək:

“Bir tərəfdən, alıcılıq qabiliyyəti aşağı düşüb və bu da bazarda tələbin azalmasına səbəb olub. Rusiyada yaşayan həmyerlilərimiz də artıq Bakının mənzil bazarında tələb yaratmırlar. Digər tərəfdən isə, manatın bazar dəyəri müəyyənləşdirilmədiyi üçün potensial alıcılar da öz pullarını dollarda saxlamağa üstünlük verirlər. Evi satanlar isə daha qısa zamanda mənzili satıb pulu xarici valyutaya çevirməyə üstünlük verdikləri üçün bazarda təklif də azalmır. Bu isə mənzil bazarında tələb və təklif arasında kəskin fərq yaradır”.

İqtisadçının dediyinə görə, manatın bazar məzənnəsi müəyyənləşənədək əmlak bazarındakı durğunluq qalacaq:

“Buna görə də, milli valyutanın bazar dəyəri müəyyənləşməzsə, yaxın aylarda əmlak bazarında tələb dəyişməyəcək və bu isə yeni qiymət azalamları deməkdir. Hal-hazırda mənzillərin qiymətinin artması üçün heç bir ciddi iqtisadi səbəb yoxdur”.

İqtisadityyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm