Enerji
Nazir: "Cənub Qaz Dəhlizi regionun zəngin qaz resursları üçün geniş imkanlar açır"
"Azərbaycanın reallaşdırdığı enerji siyasəti iri layihələr ilə iki regionu bir-biri ilə birləşdirir və bu layihələr hələ uzun müddət davam etdiriləcək".
Bunu energetika naziri Pərviz Şahbazov bu gün Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Bakıda keçirilən SOCAR-ın III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neftkimya" Forumunda çıxışında bildirib.
Onun sözlərinə görə, bu gün qlobal miqyasda böyük dəyişikliklər baş verir və bu dəyişikliklər enerji siyasətini əhatə edir: “Cənub Qaz Dəhlizi regionun zəngin qaz resursları üçün geniş imkanlar açır. Avropadan Mərkəzi Avropaya qədər uzanan və inkişaf edən enerji sisteminin aparıcı hissəsi kimi, Azərbaycanda aparıcı qlobal enerji bazarlarının inkişaf tendensiyaları özündə əks etdirir. Azərbaycanın qlobal enerji təhlükəsizliyinə bu aspektdə yanaşır”.
Nazir bildirib ki, Xəzərin Azərbaycan sektorunda 2050-ci ilədək Azəri-Çıraq-Günəşli işlənməsi nəzərdə tutulur: "İndiyədək 454 milyon ton xam neft və 144 milyard kubmetr qaz hasilatı olub və 130 milyard 551 milyon dollar gəlir əldə olunub. Hazırda enerjinin hər üç növü üzrə istifadə mövcuddur. Azərbaycan hasilatın sabit saxlanılmasını və ixracını təmin edir".
Nazir bildirib ki, bu il “Şahdəniz-2”, Cənub Qafqaz Boru Kəməri və TANAP kimi iri layihələri istifadəyə veriləcək: “Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP layihəsi Azərbaycan təbii qazının diversifikasiyasına imkan verəcək”.
P. Şahbazov deyib ki, emal sektorunun modernləşdirilməsi ölkənin inkişafı kimi qiymətləndirilir: "Yaxın onillikdə minik avtomobillərinə və neft-kimya məhsullarına tələbat olacaq. Bu isə o deməkdir ki, neft-kimya məhsullarının ixracını artırmağa imkan verəcək. Bu il “SOCAR Polymer” və Karmomid zavodu istifadəyə veriləcək. Bundan başqa, SOCAR-ın Türkiyədə inşa etdiyi STAR Neft Emalı Zavodu da istifadəyə veriləcək. Bu bir daha Azərbaycanın qardaş ölkədə ən iri investor olduğunu isbat edir". (apa)
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO