Laçın dünən və BU GÜN - Ürəkdağlayan FOTO/VİDEO
Bizi izləyin

Foto

Laçın dünən və BU GÜN - Ürəkdağlayan FOTO/VİDEO

Ürəkdağlayan görüntülər..

Bu gün Laçın rayonunun işğalından 25 il ötür. Laçın Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən bir bölgəsidir.

Rayon Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon mərkəzinin Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km-dir.

Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər.

Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turştiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcud olub.

Publika.az Laçın rayonun müxtəlif kəndlərindən, rayon mərkəzindən işğaldan əvvəl və sonra çəkilmiş görüntüləri təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm