Kirpiklərinizin daha uzun olması üçün bunları edin!
Bizi izləyin

Gözəllik

Kirpiklərinizin daha uzun olması üçün bunları edin!

Uzun kirpiklər hər qadının arzusudur. Xanımların çoxu asan üsula əl atıb süni kirpiklərdən istifadə edir. Ancaq süniliyi xoşlamayanlar kirpiklərinə qulluq edərək onların daha uzun və həcmli olmağını təmin edə bilərlər.

Publika.az uzun kirpiklərin sirrini açıqlayır:

1. Kirpiklərinizin uzun və sağlam olması üçün əsas qaydalardan biri makiyajlı yatmamaqdır. Hər axşam mütləq makiyajınızı təmizləyin. Tuşu təmizləmədən yatdıqda kirpiklər tökülür.

2. Yatmazdan əvvəl kirpiklərinizə vazelin çəkin. Beləliklə, kirpiklər nəmlə təmin olunacaq və sürətlə uzanacaq.

3. Zeytun yağı, E vitamini yağı və gənəgərçək yağı kimi təbii vasitələrdən istifadə edin. Bu yağları qarışdırıb pambıqlı çubuqla kirpiklərinizə çəkin.

4. Yumurta ağını gənəgərçək yağı ilə qarışdırıb qulaq çubuğu vasitəsilə kirpiklərinizə çəkin. Bunu mütəmadi olaraq etsəniz, kirpikləriniz güclənəcək.

5. Kirpik qıvırandan istifadə etməyin. Çünki bu, kirpiklərə zərər verir.

6. Kosmetika mağazalarında satılan kirpik qoruyucu məhsullardan istifadə edin. Bunlar, adətən, ağ rəngdə olur və tuşa bənzəyir, tuşdan öncə çəkilir. Bir növ baza rolunu oynayır.

7. Sağlam qidalanın. Çünki kirpiklərin tökülməsinin ən böyük səbəbi orqanizmdə biotinin az olmasıdır. Gül kələm, qızıl balıq, banan, yerkökü, yumurta sarısı, paxlalı bitkilər və göbələk kimi qidalar orqanizmi biotinlə təmin edir. Odur ki, sadalananları süfrənizdən əskik etməyin.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm