Qarın piylərini əridən çay
Bizi izləyin

Gözəllik

Qarın piylərini əridən çay

İdmanla məşğul olsanız, hətta ən təsirli pəhrizlərə müraciət etsəniz belə, qarında toplanmış piylərdən xilas olmaqda çətinlik çəkirsinizsə, Publika.az-ın təqdim etdiyi qreypfrut çayını sınaqdan keçirin.

Tərkibi:

2 ədəd limon

2 ədəd qreypfrut

2 xörək qaşığı təbii bal

4 damcı nanə yağı

4 stəkan su

Hazırlanması:

Limon və qreypfrutu qabıqlı halda dörd yerə bölün. Qazana töküb üzərinə su əlavə edin. On dəqiqə qaynadın. Qazanı ocaqdan götürüb limonun və qreypfrutun suyunu süzün. İçərisinə bal və nanə yağını əlavə edib qarışdırın. Gündə üç dəfə, yeməklərdən yarım saat sonra bir stəkan için.

Qeyd edək ki, nanə yağının əvəzinə quru nanəni limon və qreypfrutla birgə qaynada bilərsiniz.

Bu çayı gündəlik hazırlamalısınız. Köhnəldikdə effektini itirir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm