Yeni makiyaj trendi: kirşanı bişir! – VİDEO
Bizi izləyin

Gözəllik

Yeni makiyaj trendi: kirşanı bişir! – VİDEO

Elə gün yoxdur ki, yeni bir makiyaj üsulu çıxmasın. Bu aralar daha çox populyarlıq qazanan “baking”, yəni "bişirmə" texnikasıdır.

Bəs bu, necə həyata keçirilir və hansı üstünlükləri var?

Yeni makiyaj trendini öyrənmək istəyirsinizsə, gözünüz Publika.az-da olsun!

Vizajistlər bir çox dünya ulduzunun qüsursuz görkəminə görə məhz “baking” texnikasına borclu olduğunu bildirirlər. “Baking” texnikası makiyajın daha davamlı olmasını təmin edir, həmçinin, üzün müəyyən hissələrinə verilən parlaqlığın təbii görünməsinə səbəb olur.

“Baking” trendinə uyğun makiyaj etmək olduqca asandır. Makiyajınıza tonal kremi və korrektoru çəkərək başlayın.

Daha sonra üzünüzü konturlayın. Bu mərhələdən sonra “baking” texnikasını tətbiq etməlisiniz. Bunun üçün makiyaj süngərinə, yumşaq fırçaya və ağ kirşana ehtiyacınız olacaq. Göz altına, alın və çənə bölgələrinə süngərlə kirşan çəkin. İşin sirri bundadır ki, bu makiyaj vasitəsindən mümkün qədər çox istifadə edilməlidir. Daha sonra 10 dəqiqə gözləyin. Beləliklə, üzünüzə çəkdiyiniz tonal krem və kirşan 10 dəqiqə ərzində dərinizin temperaturunda bişəcək. Vaxt bitdikdən sonra yumşaq fırça ilə üzünüzdəki kirşanı “süpürün”. Daha sonra makiyajınıza adi qayda ilə davam edə bilərsiniz.

“Baking” üsulunu daha yaxşı başa düşməyiniz üçün videoya nəzər salmağı unutmayın.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm