Həmidə Ömərova tanınmaz hala düşdü - - FOTO/VİDEO
Bizi izləyin

Gözəllik

Həmidə Ömərova tanınmaz hala düşdü - - FOTO/VİDEO

Stilist Anar Ağakişiyev Xalq artisti Həmidə Ömərovanı makiyajla cavanlaşdırıb.

Publika.az xəbər verir ki, şəxsi kosmetika brendini çıxartmağa hazırlaşan makiyaj ustasının növbəti qəhrəmanı aktrisa Həmidə Ömərova olub. O, Xalq artistinin makiyajdan əvvəl və sonrakı görüntülərini instaqramda paylaşıb. H.Ömərovanın retro obrazı üzərində Səbinə İmanova və Turan Dadaşova çalışıb.

Anar instaqramda qeyd edib ki, bu iş tamaşaçılar üçün Novruz hədiyyəsidir. O, Xalq artistini “Azərbaycanın Sofi Loreni” kimi təqdim edib:

"Bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirəm! Novruz bayramı - ən gözəl bayramlarımızdan biridir! Yazın gəlişini, təbiətin dirilişini, günəşin yenidən torpağı və qəlbləri isitməsini məhz bu bayram ilə qeyd edirik. Bu gözəl dəyişim məndən sizə yaz hədiyyəsi olsun. Respublikamızın xalq artisti, SSSR əməkdar artisti, canlı korifey sənətkar, gözəlliyinə və obrazlarına heyran olduğum, Azərbaycanın Sofi Loreni - Həmidə Ömərova! Allahdan sizə uzun ömür və can sağlığı arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm