Mövsümün çılğın trendi: boz saçlar - FOTOLAR
Bizi izləyin

Gözəllik

Mövsümün çılğın trendi: boz saçlar - FOTOLAR

İddialı saçlarla diqqət çəkmək istəyən qadınlar bu bahar arzularını reallaşdıra biləcəklər. Çünki mövsümün ən dəbli saç rəngi boz olacaq. Sözsüz ki, trendlə ayaqlaşmaq istəyən xanımlar bu rəngi dərhal sınaqdan keçirəcək. Ona görə də boz saçlı qızlara rast gələndə təəccüblənməyin.

Düzdür, bu saç rənginin insanı olduğundan daha yaşlı göstərdiyi iddia edilir. Bu səbəbdən də, saçlarını boz rəngdə boyamağı əsasən, ağ saçlarını gizləməkdən yorulan, tez-tez boyaya müraciət etməyə məhkum olan orta yaşlı qadınlara tövsiyə edirlər. Buna baxmayaraq, sosial şəbəkələrdə paylaşılan şəkillər sübut edir ki, 18-20 yaşlı gənc qızlar da bozun cazibəsinə qapılmağa başlayıblar.

Dünya ulduzlarının saçlarını boz rəngə boyatması isə bu trendin gün keçdikcə daha da populyarlaşmasına səbəb olur.

Topmodel Kristen Makmenami, müğənni Ledi Qaqa, Rihanna, Pink də gənc olmalarına baxmayaraq, boz saçları sınaqdan keçirən məşhurlar arasındadırlar.

Qeyd edək ki, sözügedən saç rənginin yaradıcıları Helen Mirren, Meril Strip kimi təbii ağ və bozarmış saçlarını kompleks etməyən ulduzlardan ilham alıblar.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm