Yosundan gələn gözəllik
Bizi izləyin

Gözəllik

Yosundan gələn gözəllik

Hazırda bir çox kosmetik məhsulun tərkibinə yosun əlavə edilir. Təbii ki, bu, səbəbsiz deyil. Yosun dərini möhkəmləndirir, nəmləndirir, yaşlanmağı gecikdirir.

Publika.az yosunun gözəllik üçün faydalı cəhətlərini araşdırıb:

Yosun bol miqdarda vitamin, mineral və “oligo” adı verilən xüsusi elementlər ehtiva edir. 1 kiloqram qurudulmuş yosun təxminən, 100.000 litr dəniz suyundakı faydalı maddələri özündə ehtiva edir. Dünyada 10000-dən çox yosun növü mövcud olsa da, gözəllik sektorunda yalnız 5 min yosun çeşidindən istifadə edilir.

Yaşlanma əleyhinə kremin tərkibinə əlavə edilən yosunla dərini nəmləndirən kremin tərkibinə qatılan yosunun növü fərqlidir.

Gözəllik sektoruna nəzarət edən brendlər ən çox qırmızı yosundan istifadə etməyə üstünlük verirlər. Çünki qırmızı yosun dərini ətraf mühitin təsirindən qorumağa qadirdir.

Bu yosun növü dənizin 268 metr dərinliyində olur. Yosunlar xüsusilə zəhərli metallarla dolu olan vulkanlı kükürd yataqlarında yetişirlər. Dermatoloqlar yosunu bu zəhərli metallardan qoruyan xüsusiyyətin insan dərisinə də faydalı ola biləcəyini düşünürlər.

İrlandiyada yetişən “lithothamnium calcareum” adlı yosun yüksək miqdarda kalsium ehtiva edir. Bu xüsusiyyətinə görə, dərini möhkəmləndirib, dəri sallanmasının qarşısını alır. “Chondrus crispus” adlı qırmızı yosun növü isə cildi gözəlləşdirir. Bu yosun bol miqdarda zülal, şəkər ehtiva edir. Krem və serumların tərkibinə əlavə edilən bu yosun dərini zərərli günəş şüalarından, bakteriya və havadakı zəhərli maddələrdən qoruyur.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm