Günəbaxan yağıyla sızanaqları yox edin!
Bizi izləyin

Gözəllik

Günəbaxan yağıyla sızanaqları yox edin!

Bəzən bahalı kremlər və dərmanlar belə sızanaq problemini kökündən həll etməkdə aciz qalır. Bu zaman təbii üsullara müraciət etmək lazımdır. Sızanaqlara qarşı bir çox təbii üsul olsa da, onlardan ən təsirlisi günəbaxan yağıdır.

Bu yağ E vitamini baxımından çox zəngindir. E vitamini dərini yeniləyir və sızanağın məhv etdiyi hüceyrələri bərpa edir.

Sızanaqlı dəriyə malik olanlar üçün keyfiyyətli günəbaxan yağı ən yaxşı nəmləndirici hesab edilir. Günəbaxan yağı dərini təbii vitaminlərlə qidalandırır.

Üstəlik, dərini bakteriyalardan da müdafiə edir.

Mütəmadi olaraq gündə bir dəfə günəbaxan yağıyla üzünüzü təmizləyin.

Qeyd edək ki, kəpəyə qarşı da təsirli olan bu yağı sac diblərinə çəkərək sağlam saçlara qovuşa bilərsiniz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm