• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ulduzların ən sevimli dodaq boyaları - Fotolar

Ulduzların ən sevimli dodaq boyaları - Fotolar

Qadının makiyajını tamamlayan və onun gözəlliyini vurğulayan əsas kosmetik vasitə dodaq boyalarıdır. Hətta makiyaj etmədiyimiz vaxtlarda belə təkcə dodaq boyası çəkərək nəzərləri üzümüzdəki qüsurlardan uzaqlaşdırır və daha baxımlı görünə bilirik.

Hər xanımın özünə yaraşdığını düşündüyü bir dodaq boyası rəngi var. Dodaq boyası seçimində rəng çaları ilə yanaşı qablaşdırmanı, dodaq boyasının tərkibini, qoxusunu və nəmləndirmə xüsusiyyətini, həmçinin günəşdən qoruyucu faktorlu olmasını da nəzərə almaq lazımdır.

Ancaq o qədər çeşid var ki, hansını seçəcəyimizə çox vaxt qərar verə bilmirik. Ona görə də bir-birindən cazibədar dünya ulduzlarının hansı dodaq boyalarından istifadə etdikləri ilə maraqlanırıq.

Publika.az işinizi asanlaşdırmaq üçün ulduzların ən sevimli pomadalarının hansılar olduğunu araşdırıb.

Teylor Svift

taylor ruj

Məşhur müğənni və aktrisa Teylor Svift makiyajda həmişə dodaqlarını ön plana çıxarır. Gözəl ulduzun hansı dodaq boyasından istifadə etdiyi hamı üçün maraqlı idi. Ulduz nəhayət, bu yaxınlarda “İnstagram”da sevimli pomadasının “Nars Velvet Matte” olduğunu açıqladı. Qələm formalı bu dodaq boyası bütün diqqəti dodaqlara çəkməyə qadirdir.

Rihanna

rihannamac

Rihanna da qırmızı dodaq boyasını sevən məşhurlar arasındadır. Bu,heç də təsadüfi deyil. Təbiətin bəxş etdiyi iri və həcmli dodaqlarını qiymətləndirən Ririyə qırmızı rəng həqiqətən də çox yaraşır. Müsahibələrindən birində də vazkeçilməz dodaq boyasının qırmızı rəng olduğunu açıqlayan popstarın öz imzasını daşıyan “Mac Viva Glam Rihanna” adlı dodaq boyasından istifadə etdiyi deyilir.

Kim Kardaşyan

kim ruj

Kim Kardaşyan gözlərini ön plana çıxarmağı sevir. Ona görə də daha çox açıq qəhvəyi, bej çalarlardakı dodaq boyalarına üstünlük verir. Kimin stilistinin sözlərinə inansaq, o, “L'Oreal Paris” firmasının “Colour Riche Extraordinaire” adlı seriyasında yer alan “Nude Ballet” dodaq boyasından istifadə edir. Ulduzun hətta toy makiyajında da bu pomadadan çəkdiyi deyilir.

Rita Ora

ritaora ruj

Məşhur müğənni Rita Ora stilində nə qədər qeyri-adi seçimlər etsə də, makiyajında klassikya üstünlük verir. Jurnallardan birinə verdiyi müsahibədə “Mac” markasının “Ruby Woo” adlı qırmızı dodaq boyasına valeh olduğunu deyib. Rita həm gündəlik, həm də gecə makiyajında bu pomadadan istifadə edir.

Kayli Cenner

kylie mac

Kayli Cenner də bacısı Kim Kardaşyan kimi bej çalarları sevir. “Mac”ın “Velvet Teddy” adlı dodaq boyası ilə eyni brendin “Whirl” adlı dodaq qələmindən birlikdə istrifadə edən Kayli beləliklə, dolğun dodaqlara qovuşur.

Qven Stefani

gwen loreal

İçərisində bir az narıncı rəng çalarları olan qırmızı dodaq boyaları onun makiyaj çantasından əksik olmur. O, bəzən də dodaqlarına iki fərqli pomadanı birlikdə çəkir. Əvvəlcə “L'Oreal Paris” brendinin “Infallible Ravishing Red” adlı dodaq boyasını çəkən ulduz, dodaq makiyajını “Mac”ın “Lipglass Russian Red” ilə tamamlayır.

Emma Stoun

emma revlon

Ötən il “Revlon” brendinin siması olan gözəl aktrisa demək olar ki, hər zaman bu markanın makiyaj vasitlərindən istifadə edir. Ən sevimli dodaq boyası isə “Revlon Colorburst Lacquer Balm” seriyasında olan “Whimsical” adlı pomadadır. Emma xüsusi dəvətlərlə və mərasimlərə gedərkən də bu dodaq boyasını çəkir.

Lord

lordemac

Ötən il populyarlaşan gənc ulduz qeyri-adi stilini makiyajında da əks etdirir. “Mac” brendi ilə əməkdaşlıq edən Lord bənövşəyi rəngli bir dodaq boyası hazırlamışdı. Öz imzasını daşıyan “Pure Heroine” adlı dodaq boyası müğənninin favoritidir.

Ləman

Xəbər lenti

DAHA ÇOX XƏBƏR