Babək Zəncanin off-shore hesabları aşkarlandı
Bizi izləyin

İqtisadi gündəm

Babək Zəncanin off-shore hesabları aşkarlandı

Babək Zəncanin off-shore hesabları aşkarlandı

İranın keçmiş dövlət başçısı Mahmud Ahmedinejadın köməkçisi Rıza Rəhmi haqqında sui-istifadə ilə bağlı istintaqa başlanılıb.

Publika.Az Türkiyə mətbuatına istinadən bildirir ki, məhkəmədə mühakimə olunacağı bildirilən Rəhminin nə ilə günahlandırıldığı açıqlanmır.

Lakin o özünə qarşı rüşvət və sui-istifadə iddialarını rədd edir: “"İddialar sübut edisə iki əlimin də kəsilməsinə razıyam" deyir. Qeyd edək ki, Rəhminin Rıza Sərrafın ortağı Babek Zencani ilə əlaqələri səbəbiylə istintaqa cəlb edildiyi deyilir.

Zenmcani İran Neft Nazirliyinə neft satışından 2.7 milyard dollar fırıldaq gəlməsi səbəbiylə həbs olunmuşdu.O zaman İran hakimlərinin Zencaninin Sərraf ilə əlaqələrini araşdırmaq məqsədilə Türkiyəyə gedəcəyi belə iddia edilirdi.

Prokuror İshak Cihangiri İran jurnalistlərinə verdiyi açıqlamada belə deyib: “"İqtisadi sui-istifadənin ölçüləri indiyə qədər görülməmiş həddə çatıb. Zencaninin off-shore hesablarında milyardlarla dollar var. Bu günə qədər neft satışından əldə edilən gəlirləri dövlətin kassasına qayıtmayıb”.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm