Sabah 2017-ci il dövlət büdcəsi parlamentdə müzakirə olunacaq
Bizi izləyin

İqtisadi gündəm

Sabah 2017-ci il dövlət büdcəsi parlamentdə müzakirə olunacaq

Dekabrın 6-da Milli Məclisin növbəti plenar iclası işə başlayacaq.

Dekabrın 6-da Milli Məclisin növbəti plenar iclası işə başlayacaq.

Publika.az xəbər verir ki, üç gün davam edəcək iclasda Azərbaycanın 2017-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirə ediləcək.

Büdcə zərfinə “2017-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanun layihələri və Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları daxildir.

Müzakirələr dekabrın 8-də başa çatacaq.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm