“Kommunal xidmət göstərən qurumlar özəlləşdirilməlidir” – deputatdan TƏKLİF
Bizi izləyin

İqtisadi gündəm

“Kommunal xidmət göstərən qurumlar özəlləşdirilməlidir” – deputatdan TƏKLİF

“Azərbaycanda kommunal xidmət göstərən dövlət qurumları özəlləşdirilməlidir”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Fərəc Quliyev bildirib.

Deputat deyib ki, bu müəssisələrin özəlləşdirilməsi dövlət büdcəsinin yükünü xeyli azaltmış olar:

“İndi dövlət büdcəsindən həmin qurumlara vəsait ayrılır. Ancaq həmin müəssisələr özəlləşdirilsə, nəinki onlara pul ayrılmayacaq, hətta onlar özləri dövlət büdcəsinə gəlir verəcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm