Dövlət Neft Şirkətinin Rusiyadan neft ixracını azaltmasının səbəbi nədir?
Bizi izləyin

İqtisadi gündəm

Dövlət Neft Şirkətinin Rusiyadan neft ixracını azaltmasının səbəbi nədir?

Dövlət Neft Şirkətinin Rusiyadan neft ixracını azaltmasının səbəbi nədir?

2014-cü ilin yanvar-aprel aylarının yekunlarına görə, Azərbaycan Bakı-Novorossiysk botu kəməri ilə neft ixracını 40,6% azaldıb.

Birdən-birə ixrac həcmlərinin bu qədər azalması diqqət çəkir. Xüsusilə nəzərə alsaq ki, ilin sonuna qədər azalma templəri hələ də davam edəcək. Neft Araşdırmalar Mərkəzinin ekspertlərinin Publika.Az-a şərhinə görə, bunun əsas səbəbi “şimal” istiqamətində ixrac edilən neftin SOCAR-ın özünün yataqlarından hasil edilən və Azərbaycanın əsasən qurudakı əməliyyat şirkətlərinə məxsus neft olmasıdır: “Cari ildə isə Azərbaycan Dövlət Neft Şirkəti artıq elan edib ki, ölkənin daxili bazarında neft məhsullarına, əsasən də avtomobil yanacağına olan tələbatın artması ilə əlaqədar olaraq, neft emalının həcmlərini artıracaq. Bununla əlaqədar artıq Heydər Əliyev adına NEZ-də aprel ayından bir sıra emal qurğularında təmir-modernizasiya işlərinə də başlanılıb. Neft emalı həcmlərini artırmaq üçün isə NEZ-na verilən xammalın həcmini artırmaq gərəkdir. Təbii ki, bunu SOCAR-ın öz yataqlarından hasil edilən neftin hesabına həyata keçirə bilər.

Belə olan halda isə onun “şimal” istiqamətdə əvvəllər göndərdiyi xam neftin həcmləri azalmalıdır. Yəni, SOCAR burada Azərbaycanın iqtisdadi maraqlarından çıxış edir. Heç də Bakı-Novorossiysk kəməri ilə neftin nəqlinin azalmasında hər hansı siyasi və digər motivlər yoxdur”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm