Türkiyədə dövlət sektorunun borcu 369 milyarda çatıb
Bizi izləyin

İqtisadi gündəm

Türkiyədə dövlət sektorunun borcu 369 milyarda çatıb

Türkiyə iqtisadiyyatının 2016-cı il oktyabrın 1-nə aktivləri 8,554 trln. lirə, öhdəlikləri isə 9,488 trln. lirə təşkil edib.

Türkiyə iqtisadiyyatının 2016-cı il oktyabrın 1-nə aktivləri 8,554 trln. lirə, öhdəlikləri isə 9,488 trln. lirə təşkil edib.

Publika.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu Türkiyə iqtisadiyyatının 935 mlrd. lirə kəsirinin və ya xalis borcunun olduğunu göstərir.

Xalis borcun strukturunda ən böyük kəsir özəl sektora aiddir. Özəl sektorun xalis borcu 1,517 trln. lirə dollar təşkil edir. Son zamanlar lirənin məzənnəsinin zəifləməsi özəl şirkətlərin xarici valyutada borclarının lirə ekvivalentində artmasına gətirib çıxarıb.

Dövlət sektorunun xalis borcu isə 369 mlrd. lirəyə bərabərdir. Türkiyə Mərkəzi Bankının (TCMB) 15 mlrd. lirə və ya 4 mlrd. dollarlıq, kommersiya banklarının isə 116 mlrd. lirə və ya 31 mlrd. dollarlıq müsbət saldosu yaranıb. Sığorta və pensiya şirkətlərinin xalis borcu isə 1 mlrd. dollardır.Türkiyədə əhalinin borcunun ÜDM-də xüsusi çəkisi 18% təşkil edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm