Basklardan Qarabağla bağlı qətnamə ...
Bizi izləyin

İqtisadi gündəm

Basklardan Qarabağla bağlı qətnamə ...

Basklar ölkəsi vilayətinin (İspaniyanın şimalında muxtar vilayət) yerli hakimiyyətinin Dağlıq Qarabağ üzrə qəbul etdiyi qətnamə Azərbaycan tərəfinin haqlı narazılığını doğurub. Bu məsələ ilə əlaqədar olaraq, İspaniyaya rəsmi etiraz notası göndərəcək.

Publika.az-ın məlumatına görə, bunu Azərbaycanın İspaniya Krallığındakı səfiri Altay Əfəndiyev bildirib. Onun sözlərinə görə, səfirlik muxtar vilayət hökumətinin rəhbəri ilə görüş istəyib: "Tezliklə tarixi müəyyənləşdirəcəyik. Bundan başqa, səfirlik Basklar ölkəsinin rəhbərinə izahat tələbi ilə məktub göndərəcək".

A.Əfəndiyev qeyd edib ki, Basklar ölkəsi parlamentinin Dağlıq Qarabağ üzrə qəbul etdiyi qətnamə ilə bağlı KİV-in yaydığı məlumat tam dəqiq deyil: "Sənəd vilayətin parlamenti deyil, yerli hakimiyyəti səviyyəsində qəbul olunub. Azərbaycan səfirliyi məsələnin məğzini öyrənməkdə davam edir, çünki qətnamənin hansı formada qəbul edilməsi, qondarma "Dağlıq Qarabağ respublikası"nın öz müqəddəratını təyin etmək və ya müstəqil olmaq hüququnun tanınıb-tanınmaması aydın deyil".

Qeyd edək ki, Ermənistan KİV bir müddət əvvəl Basklar ölkəsi parlamentinin Dağlıq Qarabağ üzrə qətnamə qəbul etdiyi barədə məlumat yayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm