Sarkisyan təşviş içində: ona verilən vaxt bitir
Bizi izləyin

İqtisadi gündəm

Sarkisyan təşviş içində: ona verilən vaxt bitir

Ermənistan parlamentində təmsil olunan “müxalifət dördlüyü”nün hakimiyyət qarşısında qoyduğu 12 tələb ölkənin yeni siyasi mövsümünün mərkəzi məsələsi olub.

“Daşnaksutyun” Partiyası, “Çiçəklənən Ermənistan” Partiyası, “Erməni milli konqressi” və “İrs” Partiyası hələ 10 iyunda iqtisadi və siyasi sferalara islahatların keçirilməsini tələb etmişdi. Tələblərə yığım pensiya sisteminin tətbiqinin ləğvi, yol hərəkəti qaydalarının pozulması üçün cərimələr sistemini təkrar gözdən keçirilməsi, regionlardakı kiçik biznes üçün verginin sıfırlaşdırılması, kənd təsərrüfatı və suvarma sisteminə maddi yardımları təkrar gözdən keçirilməsi, azad iqtisadi fəaliyyətin təmin edilməsi, inhisarçılığın məhdudlaşdırması və digərləri daxildir. “Müxalifət dördlüyü” tələblərin yerinə yetirilməsi üçün son müddət olaraq 30 sentyabr tarixini təyin edib. Yay tətilindən sonra “dördlük” nümayəndələri keçirdiyi görüşdə birgə mitinqin təşkil edilməsi barədə qərar verdilər. Ən yaxın tarixdə isə “dördlük” mitinqin keçiriləcəyi tarixi elan edəcəklər.

Ancaq “dördlük” nümayəndələri əmindirlər ki, hakimiyyət ictimai-iqtisadi kursunda ciddi dəyişikliklər üçün hər hansı addımlar atmağa hazırlaşmır. “Dördlük” nümayəndələrinin tələbləri arasında yığım pensiya sisteminin tətbiqinin ləğvi xüsusi yer tuutr. Bu barədə qanun layihəsi ötən il boyu davam edən etirazlara baxmayaraq, Ermənistan parlamentində qəbul edilib və yanvarın 1-dən qüvvəyə minib. Yeni qanuna görə, 1974-cü ildən sonra anadan olanlar Pensiya Fonduna məcburi qaydada öz əmək haqlarının 5 faizini ödəməlidir. Maaşların həcmindən asılı olaraq yığım faizi 10-a qədər arta bilər.Ermənistan parlamentinin müxalifətdən olan deputatları qanunun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdilər. Lakin Konstitusiya Məhkəməsi müxalifətin müraciətinə rədd cavabı verib.

Ermənistan Milli Konqresinin liderlərdən biri Levon Zurabyan yığım pensiya sisteminin tətbiqi barədə qanunun soyğunçu mahiyyət daşıdığını düşünür. O, bu sistemin Qərbdə uğurla sınaqdan keçirildiyini, qanun Ermənistan üçün keçərli olmadığını bildirib. “Qərb ölkələrində dövlətin müdafiə etdiyi inkişaf etmiş maliyyə institutları, pensiya və investisiya fondları var. Amma bizdə vəziyyət necədir? Biz bandokrat rejimə etibar edə bilərikmi? Hansı ki, bu rejimin idarəçiliyi dövründə ölkədən qanunsuz olaraq çıxarılan kapitalın həcmi beş milyard dollar təşkil edib”, - L.Zurabyan bildirib.

Bundan başqa, 1 avqustdan tarixindən elektrik enerjisinin tariflərində 10 faiz artım oldu. Müxalifətin tələblərinin irəli sürüldüyü keçən üç ay ərzində ümumi ictimai-iqtisadi fonda heç bir dəyişiklik olmayıb.

Son görüşlərin birində “dördlük” sərhəd kəndlərinin statusunun möhkmələndirilməsi, emiqrasiya ilə bağlı parlament dinləmələrinin keçirilməsi, yığım pensiya sisteminin tətbiqi haqqında yeni qanundan Konstitusiya Məhkəməsinə şikayət edilməsi və sair məsələlər barədə təkliflər səslənib. Amma Konstitusiya Məhkəməsinə şikayət edilməsini yalnız “Daşnaksutyun” Partiyası və “Çiçəklənən Ermənistan” Partiyası, dəstəkləyir. “İrs” Partiyası və Erməni Milli Konqresi bu addımı məqsədə uyğun hesab etmir. Hesab edirlər ki, Konstitusiya Məhkəməsi istənilən halda hakimiyyətin maraqlarını qoruyacaq.

Bu günlərdə Erməni Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan və “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Sarukyan arasınmda görüş keçirilib. Görüşdə “müxalifət dördlüyü” arasında əməkdaşlıq məsələləri, həmçinin mitinqə hazırlıq və ölkənin regionlarına “dördlük” nümayəndələrinin birgə səfərlərinin təşkili, " Erməni Milli Konqresi və “Çiçəklənən Ermənistan” Partiyaları arasında ikitərəfli formatda konsultasiyaların keçirilməsi məsələləri müzakirə olunub. Ekepertlər bu görüşü müxalifət daxilində əməkdaşlığın dərinləşməsi mərhələsi kimi qiymətləndirirlər.

Təbii ki, müxalifət düşərgəsində baş verənlər hakimiyyət cavab addımlarını zəruri edir. Belə, prezident Serj Sarkisyan son çıxışlarından birində müxalifətin qarşıdakı mitinqlə bağlı müzakirələri şərh edərək bildirib ki, müxalifət nə istədiyini ifadə etmək hüququna malik olsa da, qanunların çərçivəsindən kənara çıxmaq hüququna malik deyil. Bəzi analitiklər hesab edir ki, prezidentin bu çıxışı müxalifətə güc tətbiqi barədə üstüörtülü mesaj ola bilər.

S.Sarkisyan 6 sentyabrda hakim Ermənistan Respublika Partiyasının Şura toplantısında bildirib ki, ölkədə vəziyyət yeni və daha aktiv mərhələyə daxil olur. O, həmçinin respublikaçı deputatları şəxsi işləri bir kənara qoymağa və qanunverici işlərə qoşulmağa çağırdı. Ehtimal ki, prezidentin bu çıxışı parlament əksəriyyətini səfərbər etmək və müxalifətin aktivləşməsi fonunda hakim partiya sıralarda müşahidə olunan pozğunluğun qarşısının alınması cəhdi idi. Digər tərəfdən hakimiyyət parlamentdəki hazırkı qüvvələrin güc nisbətindən narahat olmağa başlayıb. Belə ki, Ermənistan Respublika Partiyası və hakimiyyətin nəzarətində olan qüvvələrin gücl nisbəti minimuma qədər azalıb.

Artıq sir deyil ki, Ermənistan hakimiyyəti payızda onun üçün xoş olmayan dəyişikliklərin baş verə biləcəyindən çox narahatdır. Elə bir neçə gün bundan əvvəl erməni polisinin keçirdiyi təlimlər də belə bir narahatlığın açıq ifadəsidir. Belə ki, sentyabrın 8-də başlayan təlimlər ayın 13-də aktiv mərhələyə keçib. Təlimlərin ssenarisinə görə, keçirilməsinə icazə verilməyən mitinq iştirakçıları oturaq tətilə keçir. Mitinq iştirakçıları və polis arasında gedən danışıqlar isə nətivə vermir və dinc mitinq kütləvi qarışıqlığa çevrilir. Kütləvi iğtişaşlarla mübarizə üzrə keçirilən təlimlər siyasi müşahidəçilər tərəfindən erməni hakimiyyətinin inqilaba hazırlığı kimi qiymətləndirildi.

“Toqquşmalar” zamanı mitinq iştirakçıları “Molotov kokteyl”lərindən istifadə edir, avtomobilləri yandırmağa başlayır. Bütün bunların olacağı isə erməni rəhbərliyində şübhə doğurmur.

Bir müddət əvvəl keçirdiyi mətbuat konfransında “İrs” Partiyasının sədr müavini Armen Martirosyan Ermənistanda növbədənkənar prezident seçkilərinin keçirilməsinə ehtiyacın olduğunu deyib.

Onun sözlərinə görə, hakimiyyət ölkə vətəndaşlarının maraqlarını müdafiə etmək iqtidarında deyil. Erməni siyasətçi xatırladıb ki, əgər sentyabr ayının sonuna qədər Ermənistan rəhbərliyi “müxalifət dördlüyü”nün 12 tələbini yerinə yetirməsə, payızda ölkədə yeni situasiya yaranacaq. “Parlamentdə təmsil olunan “dördlük” çevriliş həyata keçirməyə cəhd edəcəkmi” sualına Martirosyan belə cavab verib: “Sentyabr ayında biz xalqdan nə istədiyini soruşacağıq. Əminəm ki, vətəndaşlar hakimiyyətin tamamilə dəyişməsini istəyəcəklər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm